13:59 25 noyabr 2022 43
Ana səhifə Xəbərlər

Hava pisləşəcək, temperatur düşəcək - XƏBƏRDARLIQ

Noyabrın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda gecə 9-12, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət 60-70 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-9, gündüz 14-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək, gündüz 4-8° isti olacaq.

 

Yeri gəlmişkən qeyd edək ki, noyabrın 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, noyabrın 29-dan dekabrın 02-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun günü-gündən aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir.

 

Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın