Havay adalarında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb
ABŞ-ın Havay ştatında içərisində 7 nəfərin olduğu helikopter yoxa çıxıb.
APA TV “Reuters”ə istinadən xəbər verir ki, helikopterin tapılması istiqamətində suda və havada axtarış xilasetmə işləri aparılır.
Helikopterdə bir pilot və 6 sərnişinin olduğu bildirilir. Onlardan ikisi azyaşlıdır. Helikopter elektron lokatorla təchiz olunsa da, axtarış xilasetmə xidməti heç bir siqnal almayıb.