Həbib Nurməhəmmədov Castin Qetjiyə qalib gəldi və karyerasını bitirdi

MMA üzrə UFC-254 turniri başa çatıb.
 
APA TV-nin xəbərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.
 
Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində keçirilib. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjini sınağa çəkib. Nurməhəmmədov 2-ci raundun 2-ci dəqiqəsində boğucu fəndlə rəqibi təslim olmağa vadar edib. Rusiyalı bununla UFC çempionu titulunu qoruyub.

 

Yüngül çəkidə çıxış edən 32 yaşlı rusiyalı UFC-254-də ABŞ idmançısı Castin Qetjiyə qalib gəldikdən sonra karyerasını bitirdiyini açıqlayıb.

Müəllif | Apa.Tv
Apa.tv