Həbs edilən sabiq icra başçılarının nədə ittiham olunduğu bəlli oldu
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmış keçmiş icra başçılarının Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu məlum olub.
APA TV-nin məlumatına görə, Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevə və onun birinci müavini olmuş Ramiz Tatarova, Yevlaxın sabiq icra başçısı Qoca Səmədova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, adıçəkilən şəxslər barəsində ötən gün Səbail rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işləri üzrə saxlanılıblar.