Həbsxanada məhkum ölüb - 10 GÜNDƏ 2-Cİ FAKT
Bakıda məhkum ölüb
APA TV-nin məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan , 1978-ci il təvəllüdlü Heydərov Mübariz Balakişi oğlu xəstəlikdən dünyasını dəyişib.
Xatırladaq ki, analoji hadisə 10 gün əvvəl qeydə alınıb. Penitensiar Xidmətin Müalicə müəssisəsində saxlanılan Lerik sakini, 1973-cü il təvəllüdlü Yəhyayev Zaur Xanağa oğlu orada keçinib. O həbs edilməmişdən 20 gün əvvəl həyat yoldaşını boğazını kəsərək qətlə yetirdikdə sonra özünə də xəsarətlər yetirmişdi.