Həbsxanaya aparılan sovqatın içərisindən nələr çıxdı?

1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, məhkum Elçin Mirheydər oğlu Cavadova gətirilən sovqata baxış keçirilib. Bu zaman orada olan naringinin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 4,772 qram olan narkotik maddə - heroin, ümumi çəkisi 0,791 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 2,138 qram olan psixotrop maddə - metamfetamin və ümumi çəkisi 0,04 qram olan metadon həbi aşkar olunub.

 

Qeyd edək ki, Elçin Cavadov 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv