Həcc ziyarətinə necə getmək olar? - QİYMƏTLƏR VƏ ŞƏRTLƏR AÇIQLANDI

Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

 

Bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

 

Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb:

 

“Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.

 

Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir:

 

“Eyni zamanda iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslər Həcc ziyarətinə icazə verilmir”.

 

Müəllif | Apa.Tv
Apa.tv