“Həccə getmiş adamam, özümü döydülər, “sep”imi də oğurladılar” - Aşıq Namiq

“Həccə getmiş adamam, özümü döydülər, “sep”imi də oğurladılar” - Aşıq Namiq – APA TV Aşıq Namiq kimi tanınan Hüseynov Namiq Cəbrayıl oğlunun parkda gəzən qadına söz atdığına görə döyülməsi ilə bağlı məlumatlar yayılıb. Aşıq APA TV-yə bildirib ki, hadisə parkda idman edərkən baş verib. O həmçinin qeyd edib ki, mübahisə etdikdən sonra parkdan həmin şəxslərin arxasınca gəlib. Qeyd edək ki, oxu.az xəbər saytının yaydığı məlumatda 1982-ci il təvəllüdlü Namiq Hüseynovun 1967-ci il təvəllüdlü qadına söz atdığı bildirilib. Bundan sonra həmin qadının oğlu Aşıq Namiqə yaxınlaşıb və aralarında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bundan sonra hər iki şəxs döyülmə iddiası ilə Nəsimi rayon Polis İdarəsinə müraciət edib.

Müəllif | Apa.Tv
Apa.tv