Həkəri çayına 3 min balıq buraxıldı

Ekologiya və Təbi Sərvətlər Nazirliyi Həkəri çayının Zəngilan rayon ərazisindən keçən hissəsinə balıq buraxıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, balıq buraxma mərasimində Zənginlanda səfərdə olan siyasi partiyaların nümayəndələri də iştirak edib.

 

Çaya 3 min sayda qızılbalıq və farel balıqlarının buraxıldığı bildirilib. Bu balıq növlərinin nəslinin kəsilmək üzrə olduğu və "Qırmızı kitab”a düşdükləri vurğulanıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv