“Hələ də abonentlərin çoxu qazın qiymət artımından xəbərsizdir” - “Azəriqaz”

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib.

Tədbirdə qurumun 104 Çağrı Mərkəzinə ötən ilin yanvar ayı ilə bu ilin yanvar ayında daxil olan şikayətlərin sayı müqayisə edilib.

104 Çağrı Mərkəzinin rəisi Xalidə Şimşək qeyd edib ki, ayın əvvəllində mərkəzə qazın 12 qəpik olması ilə bağlı çoxsaylı zənglər daxil olub.

Onun sözlərinə görə, hələ də abonentlərin çoxu qazın qiymət artımından xəbərsizdir.

Xalidə Şimşək onu da qeyd edib ki, yanvar ayında təzyiqlə bağlı yeraltı qaz xətlərində sızmalar baş verib. Həmin qaz xətlərinin bərpası zaman alıb və ətraf ərazilərdə də bununla bağlı təzyiq aşağı salınıb.

Müəllif | Apa.Tv
Apa.tv