Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Onlar artıq Naxçıvanda "Sabahın tədqiqatçıları" kimi ad qazanıblar. Yaşlarının az olmasına baxmayaraq, ixtiraları ilə rəğbət qazanan məktəblilər bu sənəti gələcəkdə daha çox təkmilləşdirmək istəyirlər.

 

Naxçıvan Muxtar Respublikasının müxtəlif məktəblərində təhsil alan yeniyetmə ixtiraçılar həm də bir çox beynəlxalq festivalların mükafatçılarıdır.

 

İxtiraları festivallarda uğur qazanan Hüseyn Tahirov son olaraq SAF-2022 (Steam Azerbaycan festivalı) beynəlxalq festivalında mükafat qazanıb. Onun ən uğurlu işlərindən biri "Ağıllı aptek" layihəsidir.

 

Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi 2020-ci ildən STEAM təhsillə məşğuldur. 64 layihəsi olan və SAF-2021-ci ildə ölkə birinciliyində bürünc medal qazanan yeniyetmə ixtiraçı üçün ən uğurlu festival Azərbaycanda təşkil olunan "Texnofest Azərbaycan"dır.

 

Rauf Babayev isə SAF-2022-ə dron layihəsi ilə qatılıb və qalib adını qazanıb.

Müəllif | Apa.Tv
Apa.tv