Həm müəllimdir, həm də müğənni – XADİMƏNİN QEYRİ-ADİ HƏYATI

Xatirə Rzayeva Tovuz rayon sakinidir. Hazırda Sumqayıtda  yerləşən  şadlıq saraylarından birində xadimə işləsə də ixtisasca rəsmxətt müəllimidir. Bir müddət Tovuzun Azaflı kəndində orta məktəbdə rəsmxətt müəllimi işləyib. Tale elə gətirib ki, qızı Sumqayıt Tibb Kollecinə qəbul olub və ailə də bu səbəbdən Sumqayıta gəlib.

İndi xadimə işləməsinin səbəbi isə ailəsinə dəstək olmaqdır. Xatirə xanım deyir ki, təsadüfən oxuduğu mahnının ona bu qədər məşhurluq gətirəcəyini düşünməyib:“Bir gündə burda iş görürdüm. Toy olası idi. Xanəndələr məşq edirdilər, musiqiçilər. Gəldim Firuzə xanımın yanına. Daha doğrusu su içməyə keçirdim. Dedim Firuzə xanım bu mahnını mən necə gözəl oxuyaram. Dedi keç oxu da. Sən bunu qəşəng oxuyarsan. Elə iş bununla başladı. Mən oxudum, bunlar da məni çəkdi”.

İstedadını daha böyük auditoriyaya təqdim etmək arzusunda olan müsahibimiz APA TV üçün bir neçə mahnı da ifa etdi.

Xatirə Rzayeva deyir ki, musiqiyə uşaq yaşlarından böyük marağı olub. Amma istedadını göstərmək ona Sumqayıtda nəsib olub.

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv