Həm sakinlər şikayətçidir, həm də həkimlər: Bu küçələrdə halın pisləşsə, vay halına

Bəzi sakinlər ehtiyac yarandığı halda təcili tibbi yardım briqadası çağırmaqda çətinlik çəkirlər. Buna səbəb onların yaşadığı küçələrin adının olmamasıdır. Sakinlər təcili yardım maşınını qarşılamaqdan ötrü xeyli yol qət etməli olurlar. Evdə təcili yardım maşınını qarşılamağa xəstədən başqa heç kim yoxdursa, proses faciə ilə də nəticələnə bilər.

Təcili yardım briqadaları əməkdaşları da vəziyyətdən şikayətçidirlər. Ünvanı olmayan yerə çağırışda yubanan həkimlər xəstələrə vaxtında tibbi müdaxilə edə bilmirlər. Onlar bir xəstənin olduğu yeri tapmağa çalışarkən digər çağırışlara da gecikmiş olurlar.

Xarici təcrübədə GPS sistemi təcili yardım xidmətlərinin sürətli və effektiv olması üçün istifadə edilir. Məsələn, ABŞ-dakı "911", Kanadada "Emergency App", Avropa İttifaqı üzrə "112" kimi tətbiqlər var. Bu təcrübədən ölkəmizdə də istifadə etmək olarmı? İT üzrə mütəxəssis Fərid Kazımov bununla bağlı danışıb.

Ekspertin sözlərindən də belə məlum olur ki, küçələrə ad verilmədiyi müddətcə problemin aradan qalxması üçün yeganə çıxış yolu xarici təcrübədən istifadə etməkdir. Mobil tətbiq sistemindən istifadə olunması hər iki tərəfin ortaq probleminin yeganə həlli kimi görünür.

Müəllif | Apa.Tv
Apa.tv