Həmyerlisindən aldıqları Şəmkir sakininə problem yaratdı
Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən “heroin” aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Turab Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini Mikayıl Zamanov saxlanılıb. Üzərindən müxtəlif bükümlərdə “heroin” və “marixuana” aşkar edilən Mikayıl Zamanovun yaşadığı fərdi yaşayış evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan “heroin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı Mikayıl Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.
Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.