Hərb Tarixi Muzeyində "Zəfər zalı" istifadəyə veriləcək

Zəfər günü münasibətilə bir qrup Vətən müharibəsi iştirakçısı ilə Azərbaycan Hərb Tarixi Muzeyində jurnalistlərin görüşü keçirilib.

 

APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Ordusunda müxtəlif qoşunlarda xidmət edən hərbi qulluqçular keçdikləri şərəfli döyüş yolu barədə təəssüratlarını bölüşüblər.

 

Daha sonra jurnalistlərə açıqlama verən, Hərb Tarixi Muzeyinin direktoru, Əzizağa Qənizadə bildirib ki, Muzeydə "Zəfər zalı" istifadəyə veriləcək. Bu zalda Vətən müharibəsinə aid Qarabağdan gətirilmiş bütün eksponatlar saxlanılacaq: ”İkinci mərtəbədə Vətən Müharibəsi qələbəsinə həsr olunmuş ayrıca zal təşkil edirik. Təxmini 1-2 ay sonra siz jurnalistlər həmin ”Zəfər zalı”na dəvət olunacaqsınız. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan öz torpaqlarını heç kimə güzəştə getməyəcək. Dövlət olaraq bizim güclü ölkəmiz var”.


Daha sonra jurnalistlər Hərb Tarixi Muzeyinə yeni əlavə olunan eksponatlarla tanış olublar. Muzeydəki eksponatlar içərisində ən diqqət çəkən hissə isə, Vətən müharibəsində şəhid olan hərbçi ailələrinin, muzeyə bağışladığı şəxsi əşyalar olub.
 



Semral Cavad,

Samir Qaragözov,

APA TV

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv