Hərbçimiz yeni dünyaya gələn övladına Milli Qəhrəmanın adını verdi

Bir ölüb, min dirilirik… Bu gün dünyaya daha bir Azərbaycan əsgəri göz açdı. Həm də hərbçi övladı.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, torpaqlarımızın azadlığı uğrunda döyüşüb qazi olan, yenidən könüllü döyüşlərə qatılan Ağstafa rayon sakini Xəyal Məmmədovun üçüncü övladı dünyaya gəlib.

 

Qəhrəman əsgərimiz dünyaya göz açan övladına Milli Qəhrəman Mübariz İbrahimovun adını verib, onun da Mübariz kimi hərbçi olacağını deyir.

 

Xəyal vətən uğrunda gedən aprel döyüşlərində də qəhrəmanlıqlar göstərib. Hazırda da vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canı ilə qanı ilə döyüşür. Qarabağa gedən yol 12 iyul Tovuz döyüşləri ilə başladı deyən qəhrəman hərbçimiz buna görə də istəyib ki, Mübariz Tovuzda dünyaya gəlsin… Polad iradəli, Mübariz ruhlu Azərbaycan əsgəri hər zaman var olub, olacaq da!!!

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv