Hərbi aviasiyamız təlim tapşırıqlarını icra edir
Azərbaycan Ordusu miqyasında təlimlər davam edir.
APA TV-nin Müdafiə Nazirliyinə istinadən məlumatına görə, təlimlər çərçivəsində Hərbi Hava Qüvvələri (HHQ) qarşıya qoyulan tapşırıqları icra edir. Plana uyğun olaraq HHQ-nin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.
Təlimə cəlb olunan aviasiya və hava hücumundan müdafiə vasitələri tapşırıqları dəqiq və effektiv icra edirlər.