Hərbi helikopterimiz qəzaya uğradı, həlak olanlar var

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

 

Məlumata görə, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

 

DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv