Hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanıb

“Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezidentin sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hissələrdə müvafiq tədbirlər həyata keçirilir.
 

Müdafiə Nazirliyindən APA TV-yə verilən xəbərə görə. bu gündən etibarən Nazirliyin tabeliyində olan hərbi hissələrdən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanıb.


Müdafiə nazirinin tapşırığına əsasən ehtiyata buraxılan hərbi qulluqçular Nazirliyin nəqliyyat vasitələri ilə mütəşəkkil qaydada müəyyən edilmiş marşrutlar üzrə şəhər və rayonlara çatdırılır.

Müəllif | Apa.Tv
Apa.tv