Hərbi qulluqçuların növbəti hazırlıq kursuna yekun vurulub

Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə seritifikatlar təqdim edilib. Müxtəlif hərbi ixtisaslar üzrə peşəkar zabitlər tərəfindən yetişdirilən kursantlar öz xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar.


APA TV Müdafiə nazirliyinin saytına istinadən xəbər verir ki, mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib.
Çıxış edənlər kurslar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.


Çıxışların ardından Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki  şəxsi heyətə çatdırılıb.


Təbrik oxunduqdan sonra məzunlara sertifikat və hədiyyələr təqdim edilib.


Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

Müəllif | Apa.Tv
Apa.tv