Heroin, marixuana və silah - İMİŞLİDƏ ƏMƏLİYYAT

İmişli sakininin evindən çətənə kolu, heroin və odlu silah aşkar edilib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göbəktala kənd sakini Sakit Ağayev saxlanılıb.

 

Onun evindən heroin və bir ədəd müvafiq sənədləri olmayan odlu silah, həyətyanı sahədən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 7 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv