Heroin satan keçmiş məhkum tutuldu - LƏNKƏRANDA

Narkotik vasitə satarkən saxlanılan Lənkəran sakininin yaşadığı evdən də külli miqdarda heroin aşkarlanıb.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində, əvvəllər də məhkum olunmuş Mehman Babayev heroini satarkən saxlanılıb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq onun evinə baxış zamanı oradan iki ədəd bağlamada 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

 

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv