Heroin və metamfetamin satan şəxslər iş başında tutuldu

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər tutulub. 
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Həsən Məmmədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı heroin aşkar edilib. 
Dindirilmə zamanı Həsən Məmmədov narkotik maddəni tanışı Ramil adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Ramil İbrahimov da saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan zaman isə onun üzərindən təmiz çəkisi 1 kiloqram 270 qram metamfetamin, 1 kiloqram 242 qram heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv