Həyatı təhlükədə olanlar – Onları siz də tanıyın

 

Azərbaycanda əmək şəraiti ağır və zərərli olan xeyli insan var. Nazirlər Kabetinin qərarına əsasən dağ-mədən işləri, filizin hazırlanması, zənginləşdirilməsi, tikələnməsi, emalı, filiz və filiz olmayan qazıntıların yandırılması, kömürün hazırlanması, kimya istehsalatı, partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı, neftin qazılması, kömür və şistin emalı, metal emalı, elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri, elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı, tikinti materialları istehsalı, süni və sintetik liflərin istehsalı, ağac emalı, dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalı, tibb və sosial təminat müəssisələri, nəqliyyat, elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, yüngül sənaye, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, kənd təsərrüfatında aqrokimya xidməti, heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi sahələrində fəaliyyət göstərənlər şəraiti ağır və zərərli işlərdə çalışırlar. Riskli peşələrdə çalışmaq təbii ki, insanların səhhətinə təsirsiz ötüşmür. Bəs bu mənfi təsirlərin qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir? Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Orxan Ədalətli deyir ki, Nazirlər Kabinetinin qərarına əsasən işçilər pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi ilə təmin olunmalıdırlar. Bu proses, peşənin tipinə və tətbiq olunan kimyəvi maddələrə uyğun olaraq dəyişə bilər. Orxan Ədalətli qeyd edir ki, zərərli peşədə çalışanların 6 təqvim günündən az olmayan əlavə məzuniyyət hüquqları da var. DSMF-nun pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov isə bildirir ki, riskli peşələrdə çalışan şəxslərin pensiyaya erkən çıxmaq hüquqları var. Eyvaz İsmayılov onu da əlavə etdi ki, pensiyanın hesablanması ümumi əsaslarla eynilik təşkil edir. Hüquqşünas Emil Aslanov deyir ki, ağır və zərərli işlərdə işləyən şəxslərə həftə ərzində 36 saatdan artıq iş rejimi müəyyən edilə bilməz. Hüquqşünas onu da bildirildi ki, həmin şəxslər məzuniyyətə çıxdığı zaman əlavə ödənişlər edilə bilər. Mövzu ilə bağlı riskli peşələrdə çalışan şəxslərin də mövqeyini öyrəndik. 40 ilə yaxındır kimya laboratoriyasında çalışan İsa Cəfərov riskli peşələrdə çalışmağın insan səhhətinə ciddi zərər vurduğunu bildirir. İsa Cəfərov deyir ki, məzuniyyət günlərində fərq olmasa da laboratoriyada işlədiyinə görə, maaşı 12 faizlik artımla alır: Bu işdə 6 ilə yaxın fəaliyyət göstərən Aqil Balacanov deyir ki, işi xüsusi ağır olduğuna görə onun əmək haqqına 16% əlavə olunur. Zərərli peşədə çalışan Aqil Balacanovun sözlərinə görə onlar 4 növbə olmaqla 12 saat işləyirlər. Aqil Balacanov deyir ki, məzuniyyət məsələsində fərqli yanaşma yoxdur, stajdan asılı olaraq hər kəsə bir dəfə məzuniyyət verilir. Aygün Carçıyeva, Xəyal İskəndərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv