Heydər Əliyev adına Sarayın direktoru işdən çıxarıldı

Heydər Əliyev adına Sarayın direktoru Ramil Qasımov vəzifəsindən azad olunub.

 

APA TV xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Ramil Qasımovun əmək müqaviləsinin müddəti bitdiyi üçün o, tutduğu vəzifədən azad olunub.

 

Qeyd edək ki, o, 2020-ci ilin dekabrından bu vəzifəni tuturdu. 

 

Müəllif | Apa.Tv
Apa.tv