Heydər Əliyev Fondu növbəti məktəbi Cəlilabadda istifadəyə verdi

 Cəlilabad rayonunun Sərhədabad kəndindəki məktəb də Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələri sırasındadır. 1976-cı ildə inşa olunmuş məktəb yararsız hala düşdüyündən Fond Sərhədabad kəndi üçün yeni məktəb binasının inşasını həyata keçirib. 360 şagird yerlik 3 mərtəbəli yeni təhsil ocağı 4 korpusdan ibarətdir. Bu təhsil müəssisəsi də Fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb. Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən bölgələrdə məktəb binalarının tikintiləri davam etdirilir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Cəlilabad

Müəllif | Apa.Tv
Apa.tv