Heydər Əliyev prospektində baş verən qəzada 3 nəfər xəsarət alıb

Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TV xəbər verir ki, avtoqəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan 2-si kişi, 1-i qadındır. 2 nəfərin vəziyyəti orta ağırdır. Bir nəfər isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. 

Sıxlıqla əlaqədar Heydər Əliyev prospektindən keçən bütün marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb.

 

Müəllif | Apa.Tv
Apa.tv