Heydər Əliyevin yaratdığı ANAMA - Uzaqgörənliyin nəticəsi

2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev - 100 il” adlı tədbir keçirilib. Tədbir dayanıqlı inkişaf və intibahın banisi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə, uzaqgörən strategiyası sayəsində yaradılan Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətlərinə həsr olunub.

 

Tədbirdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə bildirib ki, azad edilən ərazilərdə Vətən müharibəsindən sonra 63 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Sədrin sözlərinə görə, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub.

 

O əlavə edib ki, 2021-ci ildə Zəfər yolu, Ağdam-Bərdə dəmir yolu xətti ilə bağlı işlərin icrası başa çatdırılıb.

Sonda isə sədr minatəmizləmə əməliyyatlarında ən müasir avadanlıqlardan və texnologiyalardan istifadə edildiyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv