Həyətində çətənə kolu əkib-becərən şəxs saxlanılıb

Abşeron polisi öz həyətində çətənə kolu əkib becərən şəxs saxlanılıb.

APA TV-nin məlumatına görə. Abşeron rayon Polis idarəsinə daxil olan məlumat əsasında dərhal əməliyyat istintaq qrupu yaradılıb. Novxanı kəndində keçirilən əməliyyat zamanı elə kənd sakini 31 yaşlı Asif Əliyev saxlanılıb. Araşdırma zamanı onun öz həyətində 130 ədəd çətənə kolu əkib becərdiyi məlum olub. A. Əliyev saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv