Həyətində çətənə yetişdirən Ucar sakini saxlanıldı

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə. Ucar Rayon Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayonun Çiyni kənd sakini Abid Mahmudov olduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zaman fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Dindirilmə zamanı A.Mahmudov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.                                                                           

Müəllif | Apa.Tv
Apa.tv