Həyətində narkotik yetişdirən Şəki sakini yaxalandı
Şəkidə narkotik yetişdirən Həmzət Seyidov saxlanılıb.
APA TV-nin məlumatına görə, polis əməkdaşları tərəfindən onun üzərində aparılan axtarış zamanı Həmzət Seyidovdan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Onun yaşadığı ünvandan isə ümumi çəkisi 2 kiloqram 400 qrama yaxın olan 13 ədəd çətənə bitkisi tapılıb.
Faktla bağlı araşdırma aparılır.