Həyətindəki istixanada görün nə yetişdirdi

 

Həyətindəki istixanada narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiya yolu ilə yetişdirilməsində şübhəli bilinən rayonun Nəzəroba kənd sakini Elman Zamanov saxlanılıb.

 

Digər əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Niyazi Quliyev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən hazır bükümlərdə qablaşdırılan heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Masallı

Müəllif | Apa.Tv
Apa.tv