Heyvan kəsiminin qarşısı alındı

Bakı şəhəri və Bərdə, Ağcabədi rayonlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısı alınıb.

 

AQTA-dan verilən məlumata görə, yanvarın 16-da agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Bərdə, Ağcabədi rayonlarında bir sıra nöqsanlar aşkar olunub.

 

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 3 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 4 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Müəllif | Apa.Tv
Apa.tv