Heyvanlarla bağlı yol qəzalarında hansı tərəf necə cəzalandırılır?

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də heyvanların magistral yollara çıxmalarıdır. Belə xoşagəlməz hadisələrin dəfələrlə şahidi olmuşuq. Bu cür qəzalar bəzən heyvan sahibləri ilə sürücülər arasında münaqişəyə də gətirib çıxara bilir. Sahibsiz heyvanların isə yol qəzalarında  yaralanması və ya ölməsi heyvansevərləri narahat edir.
Heyvansevər Nigar Əsgər bu məsələ ilə bağlı yollarda vəziyyətin heç də ürəkaçan olmadığını deyir. 
Heyvansevər bu kimi halların qarşısının alınması üçün cəza tədbirlərinin sərtləşdirilməsini istəyir. 
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev yollarda heyvanlarla bağlı qəzaların qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirildiyini bildirib. Elvin Hacıyev belə qəzaların baş verməsində heyvan sahiblərinin də rolunun olduğunu vurğulayıb.
Nəqliyyat eksperti Rövşən Həsənov yollarda mal-qaranın vurulması hallarını lazimi yerlərdə nişanların olmaması ilə əlaqələndirib.
Ekspert sözügedən məsələylə əlaqədar qanunda müəyyən boşluqların olduğunu da qeyd edib. 
Rövşən Həsənov qəza hallarının qarşısının alınması üçün sürücülərə və heyvan sahiblərinə son dərəcə diqqətli olmağı tövsiyə edib.


ORXAN ASLAN
HƏZRƏT BAYRAMLI
APA TV

Müəllif | Apa.Tv
Apa.tv