HHM bölmələrinin döyüş hazırlığı yoxlanıb – APA TV

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub.

Komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqları, eləcə də bölmələrin döyüş hazırlığı yoxlanılıb. Komanda-qərargah maşınında Hava Hücumundan Müdafiə bölmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra praktiki atışlar yerinə yetirilib.

Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

Müəllif | Apa.Tv
Apa.tv