HHQ-nin yeni hərbi hissələri istifadəyə verildi – NAZİR İŞTİRAK ETDİ

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyinin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış iki hərbi hissəsinin açılış mərasimində iştirak edib

 

Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olan nazir ərazidəki qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri, yeməkxanalar, sinif otaqları, ərzaq və əşya anbarları, hamam-camaşırxana qazanxana kompleksləri, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

 

Bildirilib ki, hərbi hissələrdə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək, hava məkanımızın daha etibarlı qorunması məqsədilə döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılmasını təmin edəcək.

 

Sonra general-polkovnik Z.Həsənov əsaslı təmirdən çıxan hərbi hissənin ərazisindəki Uçuşların idarəedilməsi məntəqəsi və pilotsuz uçuş aparatlarının (PUA) yerüstü idarəetmə stansiyasına da baxış keçirib.

 

Müdafiə naziri hərbi aviasiyanın imkanlarının daha da artırılması ilə əlaqədar komandanlığa müvafiq tapşırıqlar verib.

 

Daha sonra Müdafiə naziri hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq hərbi hospitalın əsaslı təmir edilmiş yoluxucu xəstəliklər bölməsinin açılışında iştirak edib.

 

Sonda Müdafiə naziri tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib

 

Müəllif | Apa.Tv
Apa.tv