Hicama bizi sağaldır, yoxsa asılılıq yaradır? - Kimlərə qətiyyən olmaz?

Hicama ilə bağlı təkliflər fərqlidir. Məsələn, hicamanı hansısa sağlamlıq mərkəzində etdirə bilərsiniz. Yaxud da hicama edən şəxsin evinə gedər, ya da onu evinizə dəvət edərsiniz. Lakin bir məslədə çox diqqətli olmaq lazımdır. Çünki yanına getdiyiniz və ya evinizə dəvət etdiyiniz şəxs heç də həmişə bu sahənin mütəxəssisi olmur. Bəzilərinin isə tibbi biliyin heç primitiv səviyyədə belə deyil. Fitoterapevt Elnur Eldaroğlu deyir ki, hicama zamanı hansısa infeksiyaya yoluxmaq da mümkündür. Buna görə də hicama bankalarından hər insan üçün fərdi şəkildə istifadə olunmalıdır. Fitoterapevt bildirir ki, infarktdan sonrakı dövr, hemofliyalı xəstələr, dərin vena trombozu olan xəstələr, onkoloji xəstələr, hamilə qadınlar, azyaşlı uşaqlar, eləcə də yaşı çox olan insanlara hicama etmək olmaz. Çünki bədəndə hər bir orqanın öz akupunktur nöqtəsi var. Bəzən hicama olunurlar, ancaq effekt almırlar. Hicama düzgün nöqtəyə olsa, yüksək effekt verə bilər. Ancaq özbaşına, həkim məsləhəti olmadan hicama etdirmək xeyirdən çox zərər verə bilər. Hazırda xalq təbabəti ilə yanaşı, ənənəvi tibbdə də hicama geniş yayılmaqdadır. Bəs bu xidməti təklif edən hüquqi və fiziki şəxslərin qanuni fəaliyyət göstərib-göstərmədiklərini necə öyrənək? Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Esmıra Əkbərova deyir ki, bu cür xidmət növlərinə lisenziyanı Nazirlər Kabineti, rəyi isə təmsil etdiyi qurum verir. Sonda onu da bildirək ki, hicama prosesi ilə bağlı hansısa problemi, şikayəti olan şəxslər Səhiyyə Nazirliyinin, eləcə də pharma.az saytının qaynar xəttlərinə müraciət edə bilərlər. AYNUR QARA ARİF ƏLİYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv