Hicran Hüseynova Dövlət Komitəsinin sədri vəzifəsindən azad edildi

Hicran Kamran qızı Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

 

APA TV-nin  xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Qeyd edək ki, Hicran Hüseynova 13 avqust 1955-ci ildə Bakı şəhərində anadan olub. Siyasi elmlər doktoru, professordur. 7 fevral 2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışan Hicran Hüseynova 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 41 saylı Sumqayıt I Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputat seçilib.

 

Müəllif | Apa.Tv
Apa.tv