Hikmət Hacıyev: “Gəncə və Mingəçevir raket hücumlarına məruz qalıb”

“Son dəqiqə: Ermənistanın humanitar barışıq silahlı qüvvələrinin arxasında gizlənmək terror və hərbi cinayət əməllərini davam etdirir”.

APA TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “tvitter” hesabında yazıb. 

H.Hacıyev qeyd edib ki, Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb: “Xəsarət və zərərlər müəyyənləşdirilir”.

APA TV-nin yerli müxbiri Gəncədən xəbər verir ki, mülki əhali arasında yaralananlar var.

Müəllif | Apa.Tv
Apa.tv