Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev yanvarın 20-də NATO Mənzil Qərargahına səfər edib. 

 

APA Tv xəbər verir ki, keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H.Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat verib.

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahtlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndirib.

Qeyd edək ki, 20 yanvar faciəsinin 30-cu ildönümümdə keçirilən iclas və görüşlər zamanı H.Hacıyev Azərbaycan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat verib.

 

Müəllif | Apa.Tv
Apa.tv