Hikmət Hacıyev: “Tərtərə gedirik – atırlarsa, atsınlar”

“Biz bundan sonra Tərtərə gedirik – atırlarsa, atsınlar”.

 

APA TV-nin xəbərinə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Bərdəyə səfəri zamanı deyib. 

 

Onun sözlərinə görə, düşmən döyüş meydanından qaçır: “Əgər kişidirlərsə, döyüş meydanında üzə çıxsınlar. Ali Baş Komandanın da dediyi kimi, iti qovan kimi qovuruq onları. Axıra qədər qovacağıq. Onların gücü yalnız qadınlara, uşaqlara çatır. Bura Bərdənin mərkəzidir. Burada hərbi obyekt yoxdur. Şəhərin mərkəzinə 5 "Smerç" raketi atanın məqsədi başqa nə ola bilər?”

 

Prezidentin köməkçisi bu hərbi cinayət törədənin Ermənistanın baş naziri Nikol Paşinyan olduğunu bildirib.

Müəllif | Apa.Tv
Apa.tv