Himət Hacıyev: “Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik”

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Hikmət Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: "Bu, Cənubi Qafqaz regionunda sülhə heç bir halda töhfə vermir. Ermənistanla Azərbaycan arasında normallaşma ilə əlaqədar proseslərin aparılmasına və xüsusilə də 19 apreldə sərhədlərin delimitasiyası ilə əlaqədar əldə olunmuş nəticələrə, bundan əvvəl 7 dekabrda iki ölkənin ali orqanları səviyyəsində birgə bəyanatın əldə edilməsinə və Cənubi Qafqazın sülh yolu ilə transformasiyası istiqamətində ciddi addımların atıldığı bir şəraitdə Fransanın regionda militarizasiya siyasəti həyata keçirməsi regiona ciddi təhdiddir. Bu, normallaşma prosesinə ciddi şəkildə bir zərbədir. Eyni zamanda Ermənistanın daxilində olan revanşist qüvvələrin bir növ həvəsləndirilməsinə xidmət edəcək bir adımdır. Ona görə də Fransanın militarizasiya siyasəti, xüsusilə də Ermənistana hücum xarakterli öldürücü silahları təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının genişləndilməsi ciddi narahatlıq doğuran haldır. Hesab edirik ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq daha məsuliyyətli bir siyasət həyata keçirməlidir. Nəzərə almalıyıq ki, Ermənistan Cənubi Qafqaz regionunda işğal və təcavüz törətmiş dövlətdir. İşğalçı, təcavüzkar dövlətin yenidən silahlandırılması və militarizasiya siyasətinin həyata keçilməsi heç bir halda məsuliyyətli siyasət hesab oluna bilməz".

Müəllif | Apa.Tv
Apa.tv