“Hindistanın Ermənistanı dəstəkləməsi xoşagəlməz haldır” - Sabiq baş nazir
Bakı forumu beynəlxalq əlaqələrin və qlobal məsələlərin həlli üçün çox mühüm tədbirdir. Bunu Sudanın Azərbaycandakı səfiri Mustafa Abdulhalem deyib. O əlavə edib ki, forum iqlim dəyişikliyi, davam edən müharibələr və onların cəmiyyətlərə təsirlərindən danışılmaqdadır.
Qlobal Bakı Forumunda nümayəndələrin və iştirakçıların bərabərliyi təmin olunur. Bunu Pakistanın eks baş naziri Şaukat Aziz deyib. O əlavə edib ki, belə təşkilatçılıq yüksək səviyyədədir və bunu dünyanın hər yerində görmək mümkün deyil.
Pakistan Hindistan əlaqələri barədə də fikir bildirən eks-baş nazir bildirib ki, iki ölkə arasındakı münasibətlər dəyişkəndir. Şaukat Aziz qeyd edib ki, insanlar bir biriləri ilə müharibə etmək fikrində deyil və hökumət də problemləri sülh yolu ilə həll etməyə çalışmalıdır.
Hindistanın Ermənistanı dəstəkləməsi ilə bağlı fikir bildirən eks baş nazir bildirib ki, bu xoşagəlməz haldır.