Hindistanlı turistin itdiyi dağ ayılarla doludur - ŞOK VİDEO

Hindistanlı turistin itkin düşdüyü Zaqatala dağlarından şok video yayılıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, yerli sakinlərdən biri dağda ayı sürüsü ilə qarşılaşıb. Sakin dərhal bu anı telefonla lentə alıb. 

 

Qeyd edək ki, mayın 12-də Zaqatalaya gedən hindistanlı turist, 29 yaşlı Manikanth Kondaveeti dağa qalxıb və həmin tarixdən də yoxa çıxıb. Turistin axtarışlarına polis, Daxili Qoşunlar, FHN, həmçinin alpinistlər və yerli sakinlər də qoşulub.

 

Müəllif | Apa.Tv
Apa.tv