Sumqayıtda iki marşrut avtobusu toqquşdu, 14 nəfər yaralandı
Sumqayıtda iki marşrut avtobusu toqquşub.
APA TV-nin yerli bürosunun məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusuna çırpılıb. Nəticəsində 14 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.