Hulusi Akar hərbi heyətlə Azərbaycana səfər gəlib

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi heyəti ilə Azərbaycana səfər edib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, bu barədə Hulusi Akar "Twitter" səhifəsində yazıb.

Nazir bildirib ki, sabah Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə Quru Qoşunları və Hərbi-Hava Qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Müəllif | Apa.Tv
Apa.tv