Hündürmərtəbəli yaşayış binasında yanğın olub - Bakıda

Bakının Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

APA TV-nin məlumatına görə, Koroğlu Rəhimov küçəsində yerləşən hündürmətəbəli binanın 10-cu mərtəbəsində kombi sistemində yaranan nasazlıq yanğına səbəb olub.

Belə ki, mənzilin balkonunda olan kombidə qısaqapanma baş verib. Nəticədə naqillər əriyərək yerdə olan yanar konstruksiyalı əşyaların üzərinə düşüb.

Hadisə zamanı mənzildə heç kəs olmadığından xəsarət alan olmayıb.

Əraziyə FHN-in Nərimanov rayonu üzrə Yanğından Xilasetmə Xidmətinin briqadaları cəlb edilib. Bina sakinləri təxliyyə edilib. Alov qısa zamanda söndürülüb.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv