“Hürriyət”in müxbiri: “Ermənistan münaqişə bölgəsini yox, dinc insanları hədəf alırdı”

2020-ci il sentyabrın 27-si səhər saatlarından başlayaraq bütün dünya Cənubi Qafqazdan, Azərbaycanın əks-həmlə əməliyyatından danışırdı.

 

Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan Vətən müharibəsinin gedişatını çoxsaylı jurnalist ordusu işıqlandırdı. Onların arasında qardaş Türkiyədən olan media mənsublarının xüsusi əməyi var.

 

Qarabağ savaşının informasiya səngərində, Azərbaycanın haqq səsinə səs verən türkiyəli jurnalistlərdən bəziləri Vətən müharibəsinin ildönümündə APA TV-nın yerli bürosu ilə öz təəssüratlarını bölüşüblər: “Azərbaycanın digər müharibə edən ölkələrdən fərqli bir tərəfi odur ki, işğal altında olan öz torpaqları üçün savaşdı. Haqqlı mücadilə etdi. Digər ölkələr də fərqli yanaşma var. İraq, Əfanıstan və digər ölkələrdən fərq elə burudur ki, Azərbaycan öz ərazisini bərpa etdi, doğma yurdunu qaytardı”.

Zəfərdən sonra Azərbaycana ikinci dəfə getdim. Şuşada oldum, Kəlbəxcərdə oldu. Qarabağın mühdiş gözəlliyi var. Şuşa və Kəlbəcər əfsənavi bir yerdir. Yeraltı sərvətləri ilə, təbiəti Kəlbəcər əvəzolunmaz bir yerdir. “İsti su”nun ayrıca bir gözəlliyi var”.

 

Fevzi Kızılkoyun da II Qarabağ Savaşına qədər Bakıya bir neçə dəfə səfər edib. O, İraq, Suriya və Əfqanıstanda olub. Sentyabrın 27-də qəzet rəhbərliyi F.Kızılkoyunun Qarabağa göndərməklə bağlı qərar qəbul edir. Dediyinə görə bu qərar onun ürəyincə olub: “Savaşa qədər Ermənistan dünya ictimaiyyətində elə bir təəssürat yaratmışdı ki, sanki onlar məzlum durumda idi. Medianın dəstəyi ilə bu düşüncə tamamilə dəyişdi. Ermənistan münaqişə bölgəsini yox, dinc insanları hədəf almaqla müharibə cinayətləri törətdi. Bu ağır səhnələr, şəhidlər, itkilər, dağıntılar heç zaman xatirəmdən silinməyəcək izlər buraxdı. Amma sonda ədalət zəfər çaldı. Bu böyük uğura görə çox sevincliyəm və hər kəsi təbrik edirəm”.

 

“Azərbaycanın böyük zəfərinə şahidlik etməkdən şərəf duyuram”, - deyən türkiyəli həmkarımız Azərbaycanı da doğma evi qədər sevdiyini qeyd edib.

 

Sevil Ünal,

Sevinc Vaqifqızı,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv