Hüsnü Mübarək vəfat etdi

 

Misirin sabiq prezidenti Hüsnü Mübarək dünyasını dəyişib.

APA TV-nin TASS-a istinadən verdiyi xəbərə görə, Misir dövlət televiziyası sabiq prezidentin ölümü barədə məlumat yayıb.

Qeyd edək ki, Misirin 4-cü prezidenti olan Hüsnü Mübarək 1981-ci ildən 2011-ci ilə kimi ölkəyə rəhbərlik edib. O, 2011-ci ildə baş verən inqilab zamanı istefa verib. Daha sonra həbs edilsə də sonradan azadlığa buraxılıb.

Müəllif | Apa.Tv
Apa.tv