Qəza törədən BMW-nin sahibi: “Maşını “ayıq” sürücü sürürdü”

Bakıda avtoqəza baş verib.


APA TV-nin məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

BMW və "Hyundai" markalı avtomobillər toqquşub. BMW markalı nəqliyyat vasitəsinin sahibi bildirib ki, onun avtomobilini "ayıq" sürücü idarə edib və qadağan olunmuş yerdə geriyə hərəkət etmək istəyərkən "Hyundai" markalı avtomobilə dəyib.

Qəza nəticəsində prospektdə tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv